Ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb - Faktiki hava
Martın 21-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
Fhnews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 43 sm, Qrızda 23 sm, Ordubadda 3 sm, Gədəbəydə 2 sm olub.
Düşən yağıntının miqdarı Oğuz, Qəbələdə 7 millimetr, Qobustan, Şəki, Ordubadda 4 millimetr, Balakən, Zaqatala, İsmayıllı, Qusar, Göyçay, Gədəbəy, Şahdağ, Neftçala, Cəfərxan, Ceyrançöldə 3 millimetr, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Quba, Şamaxıda 2 millimetr, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Qrız, Tərtər, Lerik, Lənkəran, Astarada 1 millimetrədək, Bakıda və Abşeron yarımadasında 2 millimetrdək olub.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib. Neft Daşları stansiyanın məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.
Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Tərtər, Bərdə, Göyçay, Beyləqan, Şahdağ, Lerik, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 7, Aran rayonlarında 8, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olub.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...