Nazirlik: Daha 295 gənc dünyanın nüfuzlu universitetlərində dövlət hesabına təhsil alacaq
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2024-2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair ilkin siyahı təsdiq olunub.
Fhnews.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, təqaüd qazanan gənclər Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu, Kolumbiya Universiteti, Sinqapur Milli Universiteti, İsveçrə Federal Texnologiya İnstitutu, London Kollec Universiteti və Kembric Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.
Gənclər tərəfindən üstünlük verilən ixtisas istiqamətləri sırasında informasiya texnologiyaları, mühəndislik, dövlət idarəetməsi, statistika və verilənlərin təhlili, eləcə də digər prioritet istiqamətlər yer alır.
Sözügedən 295 nəfərin 99-u dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq.
Qeyd edək ki, seçilmiş proqram iştirakçılarının növbəti siyahısı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...