24 noyabr 2024, bazar Bakı, 12°C
IMG-LOGO

Məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesinə başlanılır

11-10-2024
IMG

Oktyabrın 19-20-də ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunacaq. Ümumilikdə prosesdə 13 minə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir.

Qeyd edək ki, ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.

Paylaş: