Lerikdə fəaliyyət göstərən kafedə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Lerik şəhəri, C.Şahıyev küçəsində fiziki şəxs Mirzəyev Elçin Hüseynbala oğluna məxsus “El Üçün” kafesində keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Fhnews.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı kafedə mənşəyi məlum olmayan və istifadə müddəti bitmiş məhsullar, həmçinin qanunvericiliyin tələbləri pozularaq etiket məlumatlarında “müalicəvi” sözü qeyd edilən 11 litr alkoqolsuz içki aşkarlanıb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul olunub, kafenin fəaliyyəti məhdudlaşdırılıb.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...