“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilən növbəti könüllülər təlimlərə cəlb edilib
Fövqəladə Hallar Nazirliyi tərəfindən “Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilən növbəti könüllülər təlimlərə cəlb edilib.
Təlimlərdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin mütəxəssisləri tərəfindən könüllülərə yanğın taktikası və onun vəzifələri, yanma prosesi, yanğınlarda insanların xilas edilməsi və özünüxilasetmə üsulları, nəfəs orqanlarının fərdi mühafizə vasitələri, yanğın-texniki alətlərlə işləyən zaman texniki təhlükəsizlik qaydaları barədə məlumatlar verilib və praktiki tapşırıqlar yerinə yetirilib.
Təlimlər çərçivəsində proqram iştirakçılarına fövqəladə hallar zamanı tətbiq edilən avadanlıqlardan istifadə qaydaları əyani şəkildə nümayiş olunub.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...