“Çimərliklərin təmiz saxlanılması və çimərlik operatorlarının göstərdiyi xidmət çeşidlərinin artırılması” mövzusunda regional müşavirə keçirilib
Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Astara şəhərində “Çimərliklərin təmiz saxlanılması və çimərlik operatorlarının göstərdiyi xidmət çeşidlərinin artırılması” mövzusunda regional müşavirə keçirilib.
Müşavirədə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Astara Rayon İcra Hakimiyyətinin, Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara Regional Bölməsinin, Lənkəran Regional Turizm İdarəsinin, Astara rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Astara rayon Baytarlıq İdarəsinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin, çimərlik operatorlarının, təcili tibbi yardım stansiyasının və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.
Tədbirdə su hövzələrində keçirilən monitorinqlərin nəticələri barədə məlumat verilib, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq onların aradan qaldırılması yolları geniş müzakirə edilib.
Müşavirədə çıxış edən natiqlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri, çimərlik ərazilərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində sanitar-epidemioloji vəziyyət və qida təhlükəsizliyi ilə bağlı məlumatlar veriblər.
Sonda “Su hövzələrində təhlükəsizlik və davranış qaydaları”na dair videoçarx nümayiş etdirilib.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...