24 noyabr 2024, bazar Bakı, 12°C
IMG-LOGO

Kürə dağlarında qardələnlər  çiçəklənməyə başlayıb

04-02-2024

Soyuq qışı və bol qar yağması ilə tanınan Türkiyənin Kürə dağlarında yazın müjdəçisi olan qardələnlər görünməyə başlayıb. Kastamonu Şenpazar mahalının dağlıq bölgələrində hər il mart ayında qarın arasında çiçək açan qardələnlər bu il bir qədər yüksək olan temperaturlara görə erkən çiçək açıb.

Qeyd edək ki, qardələn yazın ilıq nəfəsi ilə oyanan və çox da hündür olmayan bitkidir. Onun adının latıncadan tərcüməsi süd gülü mənası verir. Bu adı havanın hərarətinin təsiri nəticəsində qalın qar təbəqəsini yarıb günəşə doğru boylandığına görə ona veriblər.

Çiçəklərinin zərif və xoş ətri olur. Onun bütün növləri qorunur, bəzi növləri isə tükənmək təhlükəsi ilə üz-üzədir. Ona görə də onu şəxsi təsərrüfatlarda və gül plantasiyalarında yetişdirirlər.

Paylaş: