Kolumbiyada öküz döyüşləri qadağan edilib
Kolumbiya parlamenti 2027-ci ildən etibarən ölkədə öküz döyüşlərinin keçiriləməsini qadağan edib.
Fhnews.az xəbər verir ki, qanun layihəsinin lehinə 93, əleyhinə isə 2 nəfər səs verib. Sənəddə korridanın tədricən qadağan olunması nəzərdə tutulur.
Üç illik keçid dövründə bu sahədə çalışanların alternativ işlə təmin edilməsi, həmçinin yarışların keçirildiyi meydanların idman mərkəzlərinə çevrilməsi nəzərdə tutulur. Kolumbiyada döyüş məqsədi ilə öküzlərin yetişdirilməsi kənd əhalisinin böyük qismi üçün başlıca gəlir mənbəyidir.
Kolumbiya öküz döyüşlərini qadağan edən yeganə Cənubi Amerika ölkəsi deyil. Korrida artıq Braziliya, Çili, Argentina, Qvatemala və Uruqvayda qadağan edilib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...