Kocaelidə leysan və fırtına: dəniz daşdı, yollar su altında qaldı
Türkiyənin Kocaeli bölgəsinin İzmit rayonunda leysan yağış və fırtına nəticəsində dəniz daşıb. Bəzi yolları, sahil xəttini və dayanacaqları su basıb. Güclü külək və leysan şəhər daxilində gündəlik həyata mənfi təsir edib.
Şiddətli fırtına səbəbiylə İzmit sahil xətti və avtomobil dayanacağı dənizdən axan su ilə örtülüb. Kocaeli Böyükşəhər Bələdiyyəsi qrupları ərazidə təmizlik işlərinə başlayarkən, polis ev sahibləri ilə əlaqə saxlayaraq, avtomobillərin dayanacaqdan çıxarılmasını istəyib.
Kocaeli valiliyi vətəndaşlara xəbərdarlıq edərək bildirib ki, Mərmərə dənizində küləyin günorta saatlarından başlayaraq cənub və cənub-qərb istiqamətlərindən əsəcəyi, saatda 50-75 kilometr olacağı təxmin edilir. Bazar ertəsi günü səhər saatlarına qədər təsirli olacağı gözlənilən fırtına səbəbiylə diqqətli və tədbirli olmaq lazımdır.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...