İstirahət mərkəzində dəhşətli anlar: Kaliforniyalı yeniyetmə kanatdan yıxıldı
Kaliforniyada 16 yaşlı qız doqquz metr hündürlükdən - kanatdan yıxılıb. Hadisə şahidi həmin an baş verənləri öz telefonu ilə qeydə alıb.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, xoşbəxtlikdən o kanatda sallandığı müddətdə işçilər yerdə fövqəladə hallar üçün nəzərdə tutulan qoruyucu örtüyü aça biliblər. Qız həmin örtüyün üzərinə düşüb. Hazırda o, xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisəyə səbəb yeniyetmənin ehtiyatsızlıq etməsi və oturacaqda düzgün əyləşməməsi olub. Bununla belə, kanata nəzarət edən şəxs bu məsələyə diqqət yetirmədiyi üçün məsuliyyətə cəlb olunacaq.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...