İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi qaydası haqqında Saziş üzərində iş aparılır
Martın 5-də Müstəqil Dövlətlər Birliyinin (MDB) mənzil-qərargahında “İşçilərin yaşadıqları ölkədən kənarda olarkən istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi” Qaydası haqqında Sazişə dəyişikliklər edilməsi barədə protokol layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib.
Fhnews.az MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ekspertlər dövlətlərdən sənədlə bağlı daxil olan rəy və təklifləri nəzərdən keçiriblər. İclasın materiallarını protokol layihəsinin dövlətdaxili razılaşdırılması üçün MDB ölkələrinə göndərmək, habelə müəyyən edilmiş qaydada MDB Hökumət Başçıları Şurasına təqdim etmək qərara alınıb.
Qeyd edək ki, “İşçilərin yaşadıqları dövlətdən kənarda olarkən istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi Qaydası” haqqında Saziş 1994-cü ildə qəbul edilib.
2017-2021-ci illər arasında fəaliyyəti əmək sahəsində nəzarət və yoxlama fəaliyyətinin təkmilləşdirilməsi üzrə təcrübə mübadiləsinə yönəlmiş Regional Əmək Müfəttişliyi Alyansına üzv ölkələrin - MDB-nin iştirakçı ölkələrinin və Monqolustanın təşəbbüsü və təklifləri əsasında Sazişə dəyişiklik edilməsi üçün təkliflərin hazırlanması üzrə işlər aparılıb.
Sənədin yenilənməsi təşəbbüsü Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurası tərəfindən dəstəklənib.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...