24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

İqlim Skanerinin ilkin nəticələri: dövlət siyasəti və idarəetmə istiqamətində vəziyyət yaxşı olsa da, maliyyə sahəsində ürəkaçan deyil

14-11-2024

Braziliya Ali Audit Orqanı tərəfindən təqdim edilən İqlim Skanerinin ilkin nəticələrinə əsasən ölkələrin əksəriyyətində dövlət siyasəti, milli öhdəliklərin qəbul edilməsi, yumşaldılma strategiyaları, Milli Uyğunlaşma Planları, idarəetmə, o cümlədən qanunvericilik, inzibati strukturlar, risk idarəetməsi, şəffaflıq və sair üzrə hökumət tərəfindən görülən işlər qənaətbəxşdir.

Fhnews.az xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası və Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-nin təşkilatçılığı ilə keçirilən “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə məlumat verilib.

Bildirilib ki, maliyyə sahəsi, o cümlədən daxili, beynəlxalq və özəl iqlim maliyyəsi üzrə mövcud mexanizmlərin və həyata keçirilən fəaliyyətlərin gücləndirilməsinə zərurət yüksəkdir.

Paylaş: