İndoneziyada Marapi vulkanı yenidən aktivləşib
İndoneziyanın Sumatra adasının qərbindəki Marapi vulkanında dünəndən bəri dörd partlayış baş verib.
“Antara News”un məlumatına görə, Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi Marapidə vulkanik fəaliyyətlərin artdığını açıqlayıb.Açıqlamada dünən səhər saatlarından etibarən vulkanda 4 fərqli partlayışın baş verdiyi və vulkanın kül səpdiyi bildirilib.
Açıqlamada dünən yerli vaxtla saat 07:00-da baş verən ilk partlayışda vulkanın təxminən 1000 metr hündürlüyə kül atdığı, ikinci və üçüncü partlayışların isə dünən baş verdiyi açıqlanıb.
Bu gün səhər saatlarında baş verən dördüncü partlayışda vulkanın təxminən 800 metr hündürlüyündə kül səpdiyi bildirilib.
Xatırladaq ki, 2024-cü ilin may ayında Marapi vulkanının püskürməsi nəticəsində toplanan qaya, kül və torpaq yığınının sürüşməsi nəticəsində 67 nəfər həyatını itirmişdi.
Qeyd edək ki, "Sakit okean od halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada 130 aktiv vulkan var. Ölkənin Sumatra adasında yerləşən Marapi dünyanın ən aktiv vulkanlarından biridir və ani püskürmələri ilə tanınır.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...