Hondurasda qasırğaya görə fövqəladə vəziyyət elan edilib
"Sara" tropik qasırğasının səbəb olduğu güclü yağışlardan sonra Hondurasda "fövqəladə vəziyyət" elan edilib.
Honduras prezidenti Xiomara Kastro noyabrın 14-dən etibarən ölkənin şimal, qərb və şərqində 5 əyalətdə təsirli olan "Sara" tropik qasırğası səbəbilə 30 günlük Fövqəladə Hal elan etdiyini açıqlayıb.Kastro bu qərarı Risklərin İdarə Edilməsi və Milli Fövqəladə Hallar Katibliyinin hesabatına uyğun olaraq verib.
ABŞ Milli Qasırğa Mərkəzi noyabrın 15-də verdiyi açıqlamada sürəti saatda 75 kilometrə çatan və Hondurasın şimal sahillərini vuran "Sara" tropik qasırğasının saatda 17 kilometr sürətlə qərbə doğru irəlilədiyini açıqlayıb.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...