24 noyabr 2024, bazar Bakı, 12°C
IMG-LOGO

Havanın çirklənməsi əhval-ruhiyyənin pozulmasına səbəb ola bilər

06-09-2024
IMG

Mütəxəssislər havanın çirklənməsinin beynin emosiyaları idarə edən mərkəzlərində bəzi neqativ dəyişikliklərə səbəb olduğunu, çirkləndiricilərin az konsentrasiyasının belə demoralizasiyaya səbəb ola biləcəyini bildirirlər.

Hava keyfiyyətinin yaxşılaşdırılması və ictimaiyyətin məlumatlılığının artırılması səylərini təşviq etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının 2019-cu ilin dekabrında keçirilən 74-cü sessiyasında qəbul edilmiş qərara uyğun olaraq, hər il sentyabrın 7-si “Mavi səmalar üçün təmiz hava günü” kimi qeyd olunur.

Hava çirkliliyinin insanların emosional vəziyyətlərində yaratdığı dəyişiklikləri araşdıran Stanford Universitetinin alimləri təxminən 1 il ərzində 18-89 yaş arası 150 insanın gündəlik emosional vəziyyətlərini və havanın keyfiyyətinin ölçülməsini təhlil ediblər. Tədqiqat iştirakçılarına hər günün sonunda 20 fərqli duyğu ilə bağlı suallar verilib. Yerli hava keyfiyyətinin monitorinqi cihazlarından əldə edilən məlumatlardan istifadə edilən araşdırmada, statistik modellərlə edilən analizdə fərdlərin emosional vəziyyətlərinin yaşadıqları bölgədəki hava çirkliliyi konsentrasiyasına qarşı necə dəyişdiyi araşdırılıb.

Nəticələrə görə, emosional vəziyyətin 97 faizinin hava çirkliliyi məlumatları ilə əlaqəli olduğu, hava çirkliliyinin normadan çox olduğu günlərdə fərdlərin emosional həyəcan səviyyəsinin normadan aşağı olduğu ortaya çıxıb. Həmçinin müəyyən edilib ki, havanın çirklənməsinin hər vahid artımı oyanma səviyyəsini 0,01 faiz azaldır.

Paylaş: