24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

21-09-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Nazirliyin Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri Binəqədi rayonu 15 saylı şəhər Poliklinikası və Yasamal rayonu Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Tibb MərkəzindəCənub Regional Mərkəzi tərəfindən Lerik rayonu E.Fərəcov adına Zəriküməco kənd ümumi orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan rayonu Birinci Aşıqlı kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz şəhəri, 5 nömrəli tam orta məktəbdə, Gəncə Regional Mərkəzi tərəfindən Göygöl Rayon Mərkəzi Xəstəxanasında və Gəncə şəhərində yerləşən Şans Tibb MərkəzindəAran Regional Mərkəzi tərəfindən “CHINAR” Hotel Spa Naftalanın işçi kollektivi ilə maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Paylaş: