24 noyabr 2024, bazar Bakı, 11°C
IMG-LOGO

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

24-02-2024

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin Xəzər rayonu Emin Əliyev adına 234, Sabunçu rayonu Nəriman Nərimanov adına 128, Suraxanı rayonu 279 nömrəli tam orta məktəblərində və Xətai rayonu 8 nömrəli Uşaq Poliklinikasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu Qobu qəsəbə 3 nömrəli tam orta məktəbində və Sumqayıt şəhər 25 nömrəli körpələr evi-uşaq bağçasında, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayon Solquca kənd ümumi orta məktəbində və Qəbələ rayon İcra Hakimiyyəti başçısının Solquca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonu Şirvanlı kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Şirvan Dövlət Iqtisadiyyat və Humanitar Kollecində, Cənub Regional Mərkəzi tərəfindən Masallı şəhər Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbində və Qarabağ Regional Mərkəzi tərəfindən Füzuli rayonu Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
 
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
 
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
 
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
Paylaş: