FHN-in nümayəndəsi beynəlxalq forumda iştirak edib
Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov Bakıda keçirilən “Caspian Energy Club” və “Enermus” QSC-nin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”, “Əsrin müqaviləsi”nin 30 illiyi və “Caspian Energy” brendinin 25-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”unda iştirak edib.
Forumda çıxış edən rəis müavini qaz sənayesi obyektlərinə nəzarət üzrə Agentliyin fəaliyyəti barədə ümumi məlumat verib, təhlükə potensiallı obyektlər olan qaz təchizatı obyektlərinin layihələndirmə, tikinti-quraşdırma və istismar mərhələlərində texniki təhlükəsizlik tələblərinə, o cümlədən norma və qaydalara ciddi riayət edilməsinin zəruriliyini qeyd edib. İ.Nəsirov bildirib ki, istismarla bağlı təhlükəsizlik tələbləri, əsasən qaz təchizatı obyektlərinin texniki vəziyyətinin və istismara yararlılığının müəyyən edilməsi üçün dövri texniki yoxlanılması, xidmətlərin yerinə yetirilməsi və digər təhlükəsizlik tədbirlərinin təmin edilməsindən ibarətdir. Təhlükəsizlik tələblərinin tətbiqinin əhəmiyyəti birmənalı şəkildə qaz təchizatı obyektlərinin təhlükəsiz istismarının təmin olunmasına, eyni zamanda qəza və bədbəxt hadisələrin başvermə riskinin minimuma endirilməsinə xidmət edir.
Çıxışını yekunlaşdırdıqdan sonra İsmayıl Nəsirov qaz təhlükəsizliyi ilə bağlı forum iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...