24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

FHN-in Muğan Regional Mərkəzinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib (video, foto)

12-03-2024

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Salyan rayonu, Qarabağlı kəndi ərazisindən keçən şor su kollektorunun daşması nəticəsində həyətyanı sahə və təsərrüfatlarda qrunt sularının yığılması barədə məlumat daxil olub.

Bununla əlaqədar əraziyə FHN-in Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Mərkəzin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, o cümlədən şor su kollektorunda suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Paylaş: