21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

FHN-in Muğan Regional Mərkəzi “Heydər Əliyev İli”nə həsr edilmiş tədbir keçirib

20-12-2023

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr edilmiş "Vətənə, xalqa həsr edilən ömür” mövzusunda tədbir keçirilib.

Tədbirdə FHN-in Muğan Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin yerli strukturlarının əməkdaşları iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Muğan Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz rolundan, tarixi xilaskarlıq missiyasından danışıb, memarı olduğu sosial-iqtisadi inkişaf strategiyasının ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Qeyd olunub ki, xalqımızın yaddaşında əbədi yaşayacaq Dahi Rəhbərin uca şəxsiyyəti və zəngin həyat yolu hər bir azərbaycanlı, vicdanlı insan üçün ən dəyərli örnəkdir. Ümummilli Liderin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və prinsipial daxili və xarici siyasət nəticəsində bu gün davamlı inkişafda olan Azərbaycan bölgənin lider dövləti kimi beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində öz layiqli yerini tutub.

Tədbirdə çıxış edən digər natiqlər də Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən ətraflı bəhs edib, Dahi Rəhbərin xalqa və Vətənə sonsuz sevgisindən söz açıblar.

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.

 

Paylaş: