FHN-in Gəncə Regional Mərkəzi təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi xilasedicilərin iştirakı ilə 2024-cü ilin hazırlıq planına uyğun olaraq “Dağlıq ərazidə axtarış-xilasetmə vərdişlərinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirib.
Təlim zamanı şəxsi heyətin dağlıq və çətin keçilən ərazilərdə axtarış-xilasetmə işlərinin aparılması zamanı hazırlıq səviyyəsi yoxlanılıb, müxtəlif əməliyyatlar simulyasiya edilib.
Uğurla keçən təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...