24 noyabr 2024, bazar Bakı, 12°C
IMG-LOGO

FHN-in Cənub Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirib

30-07-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Bioloji Təbabət Klinikasının Masallı Filialında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirib.

Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar rəhbər heyətin funksional vəzifələrini yerinə yetirməsi üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılıq və operativliyin artırılmasından ibarət olub.

Məşqdə şərti fövqəladə hadisə ilə əlaqədar rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi üzrə fəaliyyəti simulyasiya edilib.

Uğurla keçən məşqdən sonra nəticələr təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

Paylaş: