24 noyabr 2024, bazar Bakı, 12°C
IMG-LOGO

FHN-in Aran Regional Mərkəzi nümunəvi dərs keçirib

14-05-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.
Nümunəvi dərs müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, təhsil müəssisəsində baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınmasından ötrü profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, kollecin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən, bu istiqamətdə aparılan işlərdən, müxtəlif maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar.

Nümunəvi dərsdə FHN-in əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslaydlar və videoçarxlar nümayiş etdirilib.

İnteraktiv formada keçən tədbirdə suallar ətraflı cavablandırılıb.

Paylaş: