Fevralın ilk ongünlüyündə havanın temperaturu iqlim normasından 2-14 dərəcə yüksək olub
Fevralın ilk ongünlüyündə müşahidə olunan isti havanın səbəbi nədir?
Fhnews.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib. O bildirib ki, qış fəslinə xarakterik olmayan anomal isti hava şəraitinin səbəbi sinoptik şəraitlə əlaqədar cənub istiqamətli isti hava axınının ölkə ərazisinə daxil olmasının təsiridir ki, bunun nəticəsində fevralın ilk ongünlüyündə Bakıda və Abşeron yarımadasında 22-24, rayonlarda isə 22 dərəcəyədək isti qeydə alındı.
"Fevral ayının ilk ongünlüyündə ölkə ərazisində müşahidə olunan mülayim hava qışdan çox yaz fəslini xatırlatdı. Belə ki, mülayim cənub istiqamətli küləklərin fonunda havanın temperaturu iqlim normasından 2-14 dərəcə yüksək olub.
Çoxillik meteoroloji müşahidə məlumatları və təhlillər göstərir ki, ötən illərin fevral ayında da belə anomal isti hava şəraiti müşahidə olunub. Bakıda və Abşeron yarımadasında 2023-ci ilin eyni dövründə havanın temperaturu 21 dərəcə, 2021-ci ildə 22 dərəcə, 2020-ci ildə isə 25 dərəcəyədək yüksəldiyi qeydə alınıb", - deyib.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...