24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

Fərid Qayıbov: Yaylaq festivalı türkdilli dövlətlərin birgə fəaliyyəti baxımından əhəmiyyətlidir

05-07-2024
IMG

Yaylaq festivalı ən çox sevdiyimiz tədbirlərdən biridir. Bununla bağlı yalnız xoş təəssüratlarımı bölüşə bilərəm.

Fhnews.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Göygöl rayonunda keçirilən III Milli Yaylaq Festivalı barədə jurnalistlərə müsahibəsində deyib. O, festivalın yüksək səviyyədə təşkil edildiyini bildirib: “Hər ölkə burada öz mədəniyyətini nümayiş etdirir. Gördüyümüz kimi, əla ab-hava var. Festivalda milli adət-ənənələrimiz və müxtəlif idman növləri nümayiş olunur”.

Nazir festivalın türkdilli dövlətlərin birgə fəaliyyəti baxımından əhəmiyyətindən də bəhs edib: “Bizim türkdilli dövlətlərin iştirakı ilə bir neçə tədbirimiz baş tutub. Məsələn, Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında “Üzgüçülük hamı üçün” layihəsi keçirildi. Həmçinin Lənkəran da türkdilli dövlətlərin idman paytaxtı kimi təsdiq olundu. Biz Lənkəranda daha çox tədbir keçirməyi planlaşdırırıq".

“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar barədə də danışan F.Qayıbov əlavə edib: “Həm idmançılar, həm məşqçilər Parisdə yaxşı nəticə əldə etmək üçün çalışacaqlar. Bunun üçün hamımız birgə səy göstərəcəyik. Azərbaycanın bayraqdarı isə hələlik məlum deyil”.

Paylaş: