24 noyabr 2024, bazar Bakı, 11°C
IMG-LOGO

Faktiki hava: Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında saniyədə 23-27 metrədək güclənib

20-03-2024

Milli Hidrometeorologiya Xidmətinin martın 20-nə olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq rayonlarda qar yağıb.

Fhnews.az xəbər verir ki, Xidmətdən verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 43 santimetr, Qrızda 32 santimetr, Daşkəsəndə 24 santimetr, Ordubadda 6 santimetr olub.

Düşən yağıntının miqdarı Zaqatalada 53 millimetr, Şəkidə 39, Şərurda 38, Oğuzda 33, Balakəndə və Mingəçevirdə 26, Naxçıvanda və Qəbələdə 24, Göyçay, Beyləqan və Sədərəkdə 21, Lənkəran və Gədəbəydə 20, Yevlax və Ağdamda 16, Qubada 15, Astara və Zərdabda 14, Şahbuz və Ordubadda 12 millimetr, İmişli, Culfa, Qusar, Tərtər, Qobustan, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Naftalan və Neftçalada 11 millimetrədək, Bakıda və Abşeron yarımadasında: Maştağada 24, Binədə 18, Bakı, Sumqayıtda 16, Pirallahıda 12 millimetrədək olub.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir saniyədə 23-27 metrədək güclənib.

Neft Daşları stansiyanın məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Daşkəsən, Qrız, Naxçıvan, Şahbuz, Göygöl, Balakən, Qəbələ, Şəki, Qax və Sumqayıtda duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7, Naxçıvan MR-da 5, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 7 dərəcəyədək şaxta olub.

Paylaş: