24 noyabr 2024, bazar Bakı, 11°C
IMG-LOGO

Erkən xəbərdarlıq sistemlərinin roluna həsr olunan yüksəksəviyyəli tədbir keçirilir
 

16-11-2024
IMG

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və təhlükəli erkən xəbərdarliq sistemlərinin gücləndirilməsi” üzrə yüksəksəviyyəli tədbir keçirilir.

Fhnews.az xəbər verir ki, tədbirdə erkən xəbərdarlıq sistemləri üzrə tərəfdaş beynəlxalq təşkilatların - Ümumdünya Meteorologiya Təşkilatı, BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Qlobal İqlim Fondu, BMT-nin Ətraf Mühit Proqramı, Asiya İnkişaf Bankının, müxtəlif aparıcı təşkilatların, eləcə də elmi institutların nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, oktyabrın 28-də Azərbaycanda “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və çoxtəhlükəli erkən xəbərdarliq sistemlərinin gücləndirilməsi” layihəsi Qlobal İqlim Fondu tərəfindən təsdiq edilib.

Paylaş: