Elm və təhsil sahələrində türk dövlətlərinin əməkdaşlığı məsələləri müzakirə edilib
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Türkiyədə Hacı Bayram Vəli Universitetinin rektoru professor Mehmet Naci Bostancı ilə görüşüb.
Akademiyadan verilən məlumata görə, görüş zamanı tərəflər elm və təhsil sahələrində türk dövlətlərinin əməkdaşlığı ilə bağlı əsas məsələləri müzakirə ediblər.
Akademik Şahin Mustafayev türk xalqları arasında əlaqələrin möhkəmləndirilməsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq “Qaraqalpaq şairi Əciniyaz Kosıbay Ulı” kitabının təqdimatının təşkilində göstərdiyi dəstəyə görə rektora minnətdarlığını bildirib.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...