DYP piyadaların üzərinə su çiləyən sürücülərə xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadaların üzərinə su çiləyən sürücülərə xəbərdarlıq edib.
Bu barədə BDYPİ-dən məlumat verilib.
"Yollardakı su gölməçələri piyadalar üçün böyük problemdir. Çünki bəzi sürücülər hava şəraitini nəzərə almır və yağıntılı havalarda yollardan keçərkən sürət həddini azaltmırlar. Əksinə, sürəti daha da artıraraq yol kənarında dayanan piyadaların üst-başlarını batırırlar. Bununla bağlı sürücü məsuliyyətə cəlb olunmaqla ona protokol tərtib edilir. Bütün sürücülərin nəzərinə çatdırırıq ki, bu qaydanı pozan hər kəsə 40 manat miqdarında cərimə tətbiq olunacaq", - xəbərdarlıqda qeyd olunub.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...