DSMF “İnnovasiyada Mükəmməllik – 2024-cü ilin Pensiya Fondu” ali mükafatına layiq görülüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Böyük Britaniyada yerləşən “Global Banking&Finance Review” beynəlxalq qurumunun builki “Global Banking&Finance Awards” müsabiqəsində növbəti uğuruna imza atıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bir neçə mərhələdə keçirilən müsabiqənin münsiflər heyəti tərəfindən Fondun fəaliyyət sahələrində son illər aparılan islahatlar maksimum balla qiymətləndirilib.
Beləliklə, DSMF müsabiqənin “Excellence in İnnovation Awards” kateqoriyası üzrə “İnnovasiyada Mükəmməllik – 2024-cü ilin Pensiya Fondu” ali mükafatına layiq görülüb.
Müsabiqədə 100-ə yaxın ölkədən (ABŞ, Birləşmiş Krallıq, Fransa, İtaliya, Belçika, Xorvatiya, Portuqaliya, Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Oman, Filippin və s.) maliyyə-kredit, bank, pensiya, sığorta və investisiya qurumları, regional və beynəlxalq maliyyə korporasiyaları iştirak edib.
Bu il DSMF artıq 20, son 3 ildə və cari ilin ötən dövründə 43 beynəlxalq mükafatla təltif olunub.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...