Dövlət Agentliyi: Bu il 99 min nəfər işlə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-iyul aylarında 233,1 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Fhnews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 99 min nəfəri münasib işlərlə təmin edilib, 3,2 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.
Qeyd olunan dövrdə Agentlik tərəfindən 10,1 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 120,8 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...