DİN: Sürücü və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün adekvat addımlar atılıb
İntensiv yağan yağışlar səbəbindən respublika əhəmiyyətli avtomobil yollarında bir sıra çətinliklər yaranıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, gücləndirilmiş iş rejimində çalışan Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirərək qəza ehtimalı yüksək olan yollarda fasiləsiz xidmət aparıb, yolda qalan nasaz avtomobillərin kənarlaşdırılması, sürücü və sərnişinlərinin təhlükəsizliyinin təmin edilməsi üçün adekvat addımlar atıblar.
Nəticədə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilməyib.
Hazırda qeyri-sabit hava şəraiti ilə bağlı respublika əhəmiyyətli avtomobil yollarında qabaqlayıcı tədbirlər davam etdirilir.
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...
Küləkli hava şəraiti ilə bağlı sarı...