Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanı təşkil olunacaq
Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi qaydası təsdiqlənib.
Fhnews.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərarı imzalayıb
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının qəbul edilməsi nəticəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının səmərəli təşkili və keçirilməsi, həmçinin həmin şəxslərin dəmiryol nəqliyyatının texniki istismarı, həmin nəqliyyat növü üzrə hərəkətin təhlükəsizliyi, işarəvermə və rabitə, qatarlarının hərəkəti və manevr işlərini tənzimləyən hüquqi aktlar üzrə zəruri biliklərə və təcrübi vərdişlərə malik olması təmin ediləcək.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...