Çində qasırğa xəbərdarlığı: Şanxayda 9 mindən çox insan təxliyə edilib
Çinin ən böyük şəhəri Şanxayın mərkəzi Chongming rayonunda yaxınlaşan “Bebinca” qasırğası səbəbiylə 9 min 318 nəfərin təxliyə edilərək təhlükəsiz bölgələrə yerləşdirildiyi açıqlanıb.
Yerli hökumətdən verilən açıqlamada, bu gecədən etibarən Çin sahillərini təsir edəcəyi gözlənilən qasırğa ilə əlaqədar təcili tədbirlərin görüldüyü açıqlanıb.Açıqlamada, tədbirlər çərçivəsində fırtınanın birbaşa təsirinə məruz qalması gözlənilən şəhər mərkəzinin şimalındakı Chongming rayonunda yaşayan 9 min 318 nəfərin təxliyə edildiyi bildirilib. Yerli vaxtla saat 20:00-dan etibarən şəhərin Pudong və Hongchiao hava limanlarında bütün uçuşlar ləğv edilib, şəhərin mərkəzindəki Yanqşan Dərin Su Limanı boşaldılıb.
Çin Meteorologiya İdarəsinin məlumatına görə, sürəti saatda 151 kilometrə çatan küləklə müşayət olunan “Bebinca” qasırğası bu gecədən etibarən ölkənin şərq sahillərinə təsir edəcək.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...