Çin smartfonlar üçün “əbədi” nüvə batareyası yaradıb
Çin startapı “Betavolt” şirkəti 50 il ərzində elektrik enerjisi istehsal edə bilən yeni “əbədi” akkumulyator yaradıb.
Fhnews.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Pekində yerləşən “Betavolt”dan bildirilib ki, 63 nüvə izotopundan ibarət batareya nüvə enerjisinin miniatürləşdirilməsinin dünyada ilk nümunəsidir.
Yeni nəsil akkumulyator artıq pilot sınaqdan keçib, smartfonlar və dronlar kimi kommersiya tətbiqləri üçün kütləvi istehsal olunacaq.
"Betavolt” nüvə batareyaları aerokosmik, süni intellekt, tibbi avadanlıq, mikroprosessorlar, qabaqcıl sensorlar, kiçik dronlar və mikro robotların uzunmüddətli enerji ehtiyaclarını ödəyə bilər", - deyə startapın press-relizində deyilir.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...