Cənubi Koreyada hoteldə yanğın baş verib, 6 nəfər ölüb
Cənubi Koreyanın Puçxon şəhərində hoteldə baş verən yanğın nəticəsində ən azı 6 nəfər ölüb, 11 nəfər yaralanıb.
Fhnews.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
“Yanğın doqquz mərtəbəli binanın səkkizinci mərtəbəsində baş verib, alov bütün binaya yayılmayıb, lakin səlahiyyətlilər tüstüdən ölənlərin sayının artacağından ehtiyat ediblər”, - məlumatda bildirilib.
Yanğının söndürülməsinə 150 yanğınsöndürən və 46 ədəd xüsusi texnika cəlb olunub.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...