24 noyabr 2024, bazar Bakı, 11°C
IMG-LOGO

Boliviyanın xarici işlər naziri: COP29-da mühüm dəyişikliklərə nail ola bilməyimiz çox vacibdir

15-11-2024
IMG

COP29 dünyanın bütün ölkələrinin iqlim böhranının həlli hədəfinə çatmaq üçün mexanizmin necə qurulacağını müzakirə etmək fürsətinin olduğu əhəmiyyətli bir yerdir.

Fhnews.az xəbər verir ki, bu sözləri COP29-da iştirak edən Boliviyanın xarici işlər naziri Celinda Sosa Lunda jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, bu mübarizədə xalqın iştirakı çox önəmlidir.

“Bakıda keçirilən COP29-da mühüm dəyişikliklərə nail ola bilməyimiz, iqlim böhranının yumşaldılması, edilməli olan ədalətli keçidlər çox vacib amillərdir. Həm inkişaf etmiş, həm də inkişafda olan ölkələr bu gün bu böhranla üz-üzədir. Bunun qarşısını almaq üçün yeganə şərt qəbul edilən qərarlara əməl edilməsidir”,- deyə o qeyd edib.

Paylaş: