BMT ukraynalılara yardım üçün 4,2 milyard dollar toplamağa çağırıb
BMT Ukraynada yaşayan və ölkəni tərk etmək məcburiyyətində qalan insanlara kömək üçün 4 milyard dollardan çox vəsait toplamağa çağırıb.
Fhnews.az xəbər verir ki, Associated Press agentliyi bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına istinadla məlumat yayıb.
Bəyanatda deyilir ki, həmin məbləğin 3,1 milyard dolları Ukraynada yaşayan əhaliyə, 1,1 milyard dolları isə ölkəni tərk edən qaçqınlara və “onları qəbul edən icmalara” dəstək üçün lazımdır.
Hesablamalara görə, bu il Ukrayna əhalisinin təxminən 40 faizi və ya 14,6 milyondan çox ukraynalı humanitar yardıma ehtiyac duyacaq.
Qaçqın düşən ukraynalı məktəblilərin yalnız yarısı hazırda təhsilini davam etdirir, qaçqınların isə yalnız 40-60 faizi işlə təmin olunub.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...