BDU-nun Astrofizika kafedrası: Geomaqnit qasırğası bu gün günorta saatlarınadək davam edəcək
Günəşdə davamlı və uzun müddət baş verən alışmalar hesabına aktivlik yüksək həddə qalxıb. M (radiodalğaları əngəlləyən, yayılmasına mane olan), eləcə də X sinif (güclü) alışmalar hesabına Günəş aktivliyi Yerdə maqnit qasırğaları yaradıb.
BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəşdə baş vermiş tac kütlə atılmaları hesabına sentyabrın 16-sı günün yarısından başlayaraq G1(mülayim), sonradan G2 (orta) səviyyəli maqnit qasırğası baş verib. Gecə qasırğa səviyyəsi G3-ə (güclü) çatıb. Maqnit qasırğası sentyabrın 17-si günorta saatlarınadək davam edəcək. Günorta saatlarından sonra Yerin geomaqnit sahəsi normal səviyyəyə düşəcək.
Geomaqnit qasırğa yüksək coğrafi enliklərdə G2-G3 səviyyəsində, orta coğrafi enliklərdə G1 səviyyəsində hiss olunur.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...