Bəzi yerlərə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
İyulun 8-i saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.
Fhnews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Göyçay, Sarıbaşda(Qax) 9 mm, Şahdağda 5 mm, Mingəçevir, Şəki, Qrız, Göygöl, Oğuz, Zaqatala, Qobustan, Füzuli, Neftçala, Astara, Yardımlı, Biləsuvar, Lerik, Lənkəranda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Şimal-şərq küləyi iyulun 7-də narıncı xəbərdarlığa uyğun olaraq Culfada 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Lerikdə 15 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 35, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...