24 noyabr 2024, bazar Bakı, 12°C
IMG-LOGO

Bakı metrosu ötən il 6 milyondan çox sərnişini güzəştli şərtlərlə daşıyıb

12-01-2024

2023-cü ildə "Bakı Metropoliteni" QSC 219 milyon 452 min 134 sərnişin daşıyıb ki, bunun da 6 milyon 248 min 588-i və yaxud 2,85 %-i güzəştli şərtlərlə daşınıb.

Fhnews.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, ötən il orta hesabla gün ərzində 601 min 239 sərnişinə xidmət göstərilib. Ən çox sərnişin noyabrın 24-də daşınıb – 867 min 674 nəfər. Bu isə Bakı metrosunun tarixində bir gün ərzində daşınmış ikinci ən böyük göstəricidir.

Paylaş: