24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağdaş şəhərində vətəndaşları qəbul edəcək

28-08-2024
IMG
 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 avqust 2024-cü il tarixində Ağdaş şəhərində, Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Ağdaş və Göyçay rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 29 avqust 2024-cü il tarixində Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaqdır.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

Paylaş: