24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

Azərbaycan aliminin tədqiqatı əsasında yanmaya və radiasiyaya davamlı kompozit material alınıb

30-12-2023

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsi Fizika və kimya kafedrasının müəllimi Rəna Xankişiyeva Azərbaycan Elm Fondunun 11-ci “Mobillik Qrantı” müsabiqəsində qalib olub və Türkiyədə təcrübə keçib. O, “Polimer kompozit materialların sintezi, modifikasiyası və xarakteristikası” layihəsi üzrə Türkiyənin Yıldız Texnik Universitetində (YTU) təcrübə proqramında iştirak edib.

Fhnews.az xəbər verir ki, AzMİU-dan verilən məlumata görə, layihə çərçivəsində yeni modifikasiya və sintez üsulları tətbiq olunub. Modifikasiya prosesi üçün optimal şərait təyin edilib, həmçinin 1H-NMR və İQ Furye spektroskopiya üsullarından istifadə olunub.

Layihədən əldən olunan əsas nəticələrdən biri modifikasiya üsulu ilə yanmaya və radiasiyaya davamlı kompozitin alınması olub. Tədqiqatın nəticələri əsasında Rəna Xankişiyevanın həmmüəllifliyi ilə Türkiyənin nüfuzlu elmi nəşrlərində məqalələr çap olunub.

Alınmış poliuretan əsaslı kompozit sənaye üçün böyük praktiki əhəmiyyətə malik olacaq. Tədqiqatın genişləndirilməsi, YTU ilə elmi mübadilənin aparılması, yeni kollobarasiya imkanları ilə birgə beynəlxalq layihələrdə iştirak üçün razılıq əldə olunub.

Rəna Xankişiyeva təcrübə müddətində YTU-da Kimya-101 və KIM5001 seminar dərslərində də iştirak edib. Həmçinin tədris metodikası, tədris vəsaitləri ilə tanış olub, pedaqoji fəaliyyətdə istifadə üçün önəmli tədqiqat materialları əldə edib.

O, türkiyəli professorlar Ali Erdoğmuş və Kasım Şenerin seminarlarında da iştirak edib.

Etiketlər:
Paylaş: