AYNA daha iki marşrut üzrə müasir avtobuslar istifadəyə verir
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə oktyabrın 1-dən 150 nömrəli şəhərətrafı və 60 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutları üzrə xəttə yeni avtobuslar cəlb edir.
AYNA-dan verilən məlumata görə, Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqi çərçivəsində Bilgəh qəsəbəsini “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 150 nömrəli şəhərətrafı, həmçinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Xətai rayonunun Polad Həşimov küçəsi ilə əlaqələndirən 60 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutları üzrə keçirilən müsabiqənin nəticələrinə əsasən, “BakuBus” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.
Sözügedən marşrutlar üzrə sərnişindaşıma müasir və komfortlu avtobuslarla, nağdsız ödəniş əsasında həyata keçiriləcək.
Qeyd edək ki, oktyabrın 1-dən paytaxtın 171 nömrəli avtobus marşrutu fəaliyyətini dayandırır. Həmin istiqamətdə 150 nömrəli marşrut fəaliyyət göstərəcək.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...