Ayasofyadakı yeni tənzimləmə yanvarın 15-də başlayır
Yeni qaydalara görə məscidə ibadət üçün gələnlərlə turislərin girişləri ayrı olacaq. Turistlər giriş üçün 25 avro ödəyəcək.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tur marşrutu boyunca mühafizə tədbirlərinin görüldüyü tarixi məsciddə təhlükəsizlik kameraları, yanğın aşkarlama və fövqəladə hallar barədə xəbərdarlıq sistemləri quraşdırılıb.
Məscidin qalereya döşəməsindəki mərmər üzlüklərin və taxta məhəccərlərin təmizlənməsi və konservasiyası Elmi Şuranın razılığı və məsləhəti ilə bərpaçılar və konservatorlar tərəfindən aparılıb.
Ziyarətlər ibadət mühiti pozulmadan həyata keçiriləcək.
II Bəyazid minarəsinin altında yerləşən tunel və giriş enişi vasitəsilə nəzarətli şəkildə girişlərin təmin ediləcəyi Ayasofya məscidində ziyarətçilər qalereya mərtəbəsinə qalxacaq və şimal-şərq istiqamətindəki eniş vasitəsilə çıxacaqlar. Qalereya bölməsinə gələn turistlər bu hissədə məscidin ziyarətgah mərtəbəsini və Osmanlı dövrü əlavələrini görə, cənnət-cəhənnəm qapısından keçə və Bizans dövrü mozaikalarını görə biləcəklər.
Ayasofyada QR kod tətbiqi ilə həyata keçirilən sistemlə ziyarətçilər ibadət edənləri narahat etmədən öz mobil telefon qulaqlıqları və ya təqdim edilən birdəfəlik qulaqlıqlar vasitəsilə 23 dildə məlumat ala biləcəklər.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...