Əqli Mülkiyyət Agentliyi texnologiyaların kommersiyalaşdırılmasına dəstək verir
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə görüşüb.
Fhnews.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, görüşdə Kamran İmanov qonağa Agentliyin fəaliyyəti haqqında ətraflı məlumat verib. Tərəflər əməkdaşlıq perspektivlərinə dair müzakirə aparıblar, bu sahədə iş planının müəyyən edilməsi üzrə razılığa gəliblər.
Sonra M.Vasileva Agentliyin tabeliyindəki Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub. Direktor Əli Qasımzadə Mərkəzin ölkəmizdə innovativ inkişafın dəstəklənməsi, ixtiraçılıq fəaliyyətinin inkişaf etdirilməsi, eləcə də elm və sənaye arasında dayanıqlı bağlantının təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 aprel tarixli Fərmanı əsasında yaradıldığını bildirib. O qeyd edib ki, Mərkəz geniş tətbiq imkanlarına malik qorunan patent obyektlərini və digər əqli fəaliyyət nəticələrini müəyyən edir və onların kommersiyalaşdırılması və transferinə dəstək tədbirlərini həyata keçirir.
M.Vasileva belə əqli fəaliyyət nəticələrindən biri olan və nümunəsi Agentliyin inzibati binasında quraşdırılan yerli idman trenajoru ilə xüsusi maraqlanıb və ona qurğunun tətbiq imkanları, eləcə də üstünlükləri barədə məlumat verilib. Həmçinin trenajorun kütləvi tətbiqi ilə bağlı onun zəruri ekspert rəylərindən keçirilməsinin vacibliyi tərəflər arasında müzakirə olunub.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...