Əmək qanunvericiliyinə əməl olunmasına nəzarət sahəsində e-texnologiyaların tətbiqi daha da genişləndirilir
Sosial sahədə icra olunan elektronlaşdırma proqramı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sistemini də əhatə edir. 2022-ci ildə istifadəyə verilən Əmək və Məşğulluq Altsistemi bu sahədə mühüm addımdır və hazırda həmin altsistemə bir sıra əlavə və yeni funksionallıqların daxil edilməsi işləri aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində görülən işlər və gələcək hədəflərə dair keçirilən iclasda bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək münasibətləri sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində son illər atılan addımları qeyd edib.
Əmək hüquqlarının təminatına nəzarət sistemində innovativ həllərin geniş tətbiqinin əsas prioritetlərdən olduğu diqqətə çatdırılıb. İşəgötürənlər və işçilər üçün vahid əmək münasibətləri platforması olan Əmək və Məşğulluq Altsisteminin (ƏMAS) əmək münasibətləri üzrə kadr uçotu sisteminin, habelə əmək müqavilələrinin bağlanmasının kağız üzərindən rəqəmsal müstəviyə keçidini təmin etdiyi vurğulanıb. Habelə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək münasibətlərinə dövlət nəzarətinin çevik və effektiv, daha səmərəli həyata keçirilməsinə imkan yaratdığı bildirilib.
ƏMAS-ın təkmilləşdirilməsi üçün altsistemə daxil edilmiş yeni əlavə və yeni funksionallıqlar “İşəgötürənlər üçün “Müraciətlər ” bölməsi”, “Əmək müqaviləsində “Əmək funksiyası” bölməsinin məcburiliyi”, “Məzuniyyət əmrlərinin formalaşdırılması”, “E-qanunvericilik toplusu”, “Kollektiv əmək müqavilələri” və s. diqqətə çatdırılıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətləri üzrə aparılan işlərə və hədəflərə dair təqdimatlar edilib. Həmçinin qeyd olunub ki, son bir ildə işəgötürənlər tərəfindən 471,6 min manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edilib. Xidmətin gördüyü tədbirlər nəticəsində işəgötürənlər tərəfindən həmin vəsait işçilərə ödənilib, habelə əmək müqavilələrinə qanunsuz xitam verildiyi müəyyən olunan 107 işçi əvvəlki iş yerlərinə bərpa edilib.
İclasda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində görülən işlər, əmək müfəttişliyi sisteminin, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, tətbiq olunan innovativ yeniliklər, işəgötürənlər və işçilər arasında əmək qanunvericiliyinin tətbiqinə dair maarifləndirmə və s. sahələrdə görülən işlər və gələcək hədəflər müzakirə olunub.
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...
Küləkli hava şəraiti ilə bağlı sarı...