24 noyabr 2024, bazar Bakı, 12°C
IMG-LOGO

Alimlərin Şimal qütbündəki marşrutu: Şimal Buzlu Okeanı

29-07-2024
IMG

Bu il 4-cü dəfə təşkil edilən Türkiyə Milli Arktika Elmi Tədqiqat Ekspedisiya Qrupu 51 fərqli nöqtədən götürülmüş nümunələrlə 16 fərqli layihəni tamamladıqdan sonra vətənə qayıdıb.

Təxminən 4 min kilometr yol qət edərək tamamladıqları ekspedisiya zamanı elm adamları 81 dərəcə şimal enliyindən başlayan dəniz buzunu, iqlim dəyişikliyindən təsirlənən Svalbard arxipelaqı və ətrafındakı buzlaqları və dəyişmiş şimal qütb canlılarının yaşayış yerlərini də müşahidə ediblər. 

Qlobal iqlim dəyişikliyinin sürətli nəticələrinə dair aydın məlumatlar təqdim etmək məqsədi ilə alimlər Barents dənizində 51 müxtəlif nümunə götürmə nöqtəsində zooplankton və fitoplankton nümunələrinin götürülməsi, dənizdəki çirkləndiricilərin müəyyən edilməsi, dəniz suyunun fiziki parametrlərinin monitorinqi, mikroplastiklərin monitorinqi, onların marşrutu üzrə monitorinqlər aparıblar. Türkiyədən Şimal Buzlu Okeanında 32 gün ərzində atmosferin çirklənməsinin müəyyən edilməsi, meteoroloji müşahidələr, gəmi ticarəti yollarının ətraf mühitə təsiri, dəniz buzunun müşahidəsi və izlənməsi ilə bağlı 16 müxtəlif layihə ilə elmi araşdırma tamamlanıb.

Paylaş: