Ağciyər xərçənginə qarşı yeni vaksinin beynəlxalq sınaqları başlayıb
Dünyanın yeddi ölkəsində ağciyər xərçənginə qarşı ilk mRNT peyvəndinin beynəlxalq klinik sınaqları başlayıb.
Fhnews.az Guardian qəzetinə istinadla xəbər verir ki, klinik sınaqların birinci mərhələsi, BNT116 peyvəndinin insanlarda tədqiqi yeddi ölkədə - Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Polşa, İspaniya və Türkiyədə yerləşən 34 tədqiqat mərkəzində aparılır.
Qəzetin məlumatına görə, yeni vaksin Almaniyanın BioNTech kompaniyası tərəfindən COVID-19 peyvəndinin əsasını təşkil edən eyni mRNT texnologiyasından istifadə etməklə hazırlanıb. Peyvəndin məqsədi orqanizmin immun reaksiyasını gücləndirməkdir: o, xərçəng hüceyrələrini “qeydə alır” və orqanizmi onlarla mübarizə aparmağa stimullaşdırır.
Sınaqlarda ağciyər xərçəngi olan ümumilikdə 130-a yaxın xəstə iştirak edəcək və onlar bir il ərzində onlarla dozada peyvənd alacaqlar. Həkimlər ümid edirlər ki, yeni peyvənd bütün dünyada ağciyər xərçəngi üçün standart müalicəyə çevriləcək.
Qeyd olunur ki, digər xərçəng növlərinin müalicəsi üçün oxşar peyvəndlərin əvvəlki tədqiqatları yaxşı nəticələr verib: onlar şişin ölçüsünün kiçilməsi və residiv riskinin azalması ilə nəticələnib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...