Süni intellektə əsaslanan eksperimental iddia : 20 ildən sonra sağalmaz xəstəlik olmayacaq
Türkiyə Süni İntellekt Təşəbbüsü Dərnəyinin qurucusu Halil Aksu süni intellektin qarşıdakı 20 ildə sağalmaz xəstəliklərə çarə tapacağını açıqlayıb. O bildirib ki, bu gün Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi 7500 xəstəlikdən yalnız 500-nün müalicə oluna bilmə imkanı var. Qalan 7 mini nadir xəstəlik olaraq qalır. Amma gələcəkdə nadir xəstəliklərin həlli də süni intellekt sayəsində mümkün olacaq. Bəs, bu texnoloji inqilab səhiyyə sahəsində nəyi dəyişəcək? Budur, süni intellektin sağlamlıqda yaradacağı böyük çevrilmə və Aksunun təəccüblü açıqlamaları...
Süni intellektlə gələcəyin yenidən formalaşdırılacağını və fərqliləşəcəyini, artıq çox şeyin mümkün olacağını söyləyən Aksu sağlamlığın hər kəs üçün çox əhəmiyyətli olduğunu və süni intellektin bu sahədə bir çox rahatlıq təqdim edəcəyini ifadə edərək "Ömrümüzün daha uzun olacağından və daha sağlam yaşayacağımızdan əminəm”-deyib.
Almaniyada türk elm adamları tərəfindən hazırlanan Covid-19 peyvəndinin süni intellekt və simulyasiya ilə ortaya çıxdığını vurğulayan Aksu "Bundan sonra 7 min xəstəliyin müalicəsi süni intellektlə həll edilə bilər. O nadir xəstəliyə düçar olan valideynlərin vəziyyətini nəzərə alın. Heç bir əczaçılıq şirkəti bu sahədə dərman istehsal edə bilməz. Qarşıdakı 20 ildə müalicəsi olmayan heç bir xəstəlik olmayacaq.”-deyə fikirlərini əsaslandırıb.
ABŞ və Çinin süni intellekt yarışında liderlik etdiyini və aralarında sıx bir qarşıdurma olduğunu izah edən Aksu Türkiyənin orta sahədə olduğunu ifadə edərək, süni intellektin böyük sərmayə və məlumat mərkəzləri tələb etdiyini ifadə edib. Türkiyənin böyük və möhkəm bir ölkə olduğunu vurğulayan Aksu "İstər sahibkarlıq, istərsə də akademik sahədə dövlət və özəl sektorda süni intellekt sahəsində çox yaxşı araşdırmalar var. Biz ABŞ və Çinlə rəqabət apara biləcək vəziyyətdə deyilik. Bunu çox yaxından və ağıllı şəkildə izləməliyik. 2017-ci ildə Türkiyədə 12 süni intellekt startapı vardı, indi isə onların sayı 400-ü ötüb. Süni intellektdən daha səmərəli istifadə etmək istəyənlərə də təkliflər verən Aksu deyib ki, bəşəriyyəti inkişaf etdirmək və sivilizasiyamızı irəli aparmaq üçün biz bəşəri dəyərlərdən diqqət və qayğı ilə istifadə etməliyik.
Myanmada zəlzələ nəticəsində ölənlərin...
Rusiyanın İrkutsk əyalətində təyyarə...
Çin alimləri "süni günəş" kimi də...
Skopyedə daşqın...
Nepalda benqal pələnglərinin sayı son 12...